Yaponiyanın Baş naziri Sanae Takaiçi Tokionun ASEAN (Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası) ölkələrinə 10 milyard dollar məbləğində maliyyə dəstəyi vermək niyyətində olduğunu bildirib.
Bu barədə "Report" "Kyodo"ya istinadən xəbər verir.
Onun sözlərinə görə, yardımın məqsədi Yaxın Şərqdəki gərginlik səbəbindən dəniz logistikasında yaranan fasilələr fonunda Asiya ölkələrinə sabit neft tədarükünün təmin edilməsinə kömək etməkdir.
O bildirib ki, planlaşdırılan yardım 1,2 milyard barelə qədər neft tədarükünə bərabərdir və bu da ASEAN ölkələrinin təxminən illik xammal idxalı həcmini təşkil edir.