IMG-LOGO

Tramp: Londonla münasibətlərdəki gərginlik III Karlın səfərinə təsir etməyəcək

15 Apr 2026 12:49 4 baxış
IMG

ABŞ ilə Böyük Britaniya arasındakı "xüsusi münasibətlər" çətin dövrdən keçir, lakin bu, kral III Karlın aprelin 27-30-da baş tutacaq dövlət səfərinə təsir etməyəcək.

"Report" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Britaniyanın "Sky News" kanalına müsahibəsində deyib.

Söhbət zamanı Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmeri, xüsusilə enerji və miqrasiya sahəsindəki siyasətinə görə yenidən tənqid edib.

O, həmçinin NATO-dakı bəzi müttəfiqlərin bir sıra beynəlxalq məsələlərdə, o cümlədən Yaxın Şərqdəki eskalasiya ilə bağlı məsələdə onun mövqeyini dəstəkləməməsinə görə narazılığını bildirib.

Tramp kral III Karlı "böyük centlmen" adlandırıb. "Mən onu çox uzun müddətdir tanıyıram. O, gözəl insandır", - siyasətçi qeyd edib.

Bununla yanaşı, o, Böyük Britaniya ilə "sərfəli ticarət sazişi" bağladığını, lakin onun "hər zaman dəyişdirilə biləcəyini" vurğulayıb.

Jurnalistlərin ABŞ-Böyük Britaniya münasibətləri barədə sualına cavab verən Tramp Londonun Vaşinqtona hər zaman dəstək göstərmədiyini söyləyib.

"Biz onlardan kömək istəyəndə, bizə lazım olanda onlar yox idilər", - Tramp deyib.

Xəbər lenti