IMG-LOGO

Bibiheybət yolu nə vaxt açılacaq?

15 Apr 2026 12:27 5 baxış
IMG
0 0

Bibiheybət yolu bu gün axşam saatlarında açılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, yağıntılı hava şəraiti səbəbindən aparılan təmir işlərində təxminən 10–12 saatlıq gecikmə yaranıb:

"Hazırda işlər yekun mərhələdədir və bu gün axşam saatlarında bərpa işlərinin tamamlanması ilə yolda nəqliyyatın hərəkəti tam şəkildə təmin olunacaq.

Agentlik tərəfindən işlər maksimum dərəcədə vətəndaşların rahatlığı nəzərə alınmaqla təşkil edilir. Belə ki, ərazidə problem yarandığı müddətdə yol tam bağlanmayıb, bir istiqamət üzrə ikitərəfli hərəkət təmin edilməklə təmir işləri paralel şəkildə icra olunub. Yalnız son mərhələdə, təhlükəsizlik tələbləri və texnikanın sərbəst manevr imkanlarının təmin edilməsi məqsədilə yolda hərəkət qısamüddətli məhdudlaşdırılıb".

Xatırladaq ki, bir neçə gün əvvəl paytaxta yağan güclü yağışlar nəticəsində Bibiheybət yolunda sürüşmə təhlükəsi yaranıb.

Bibiheybət yolu AAYDA yollar sürüşmə

Xəbər lenti