IMG-LOGO

Qrossi: Nüvə proqramına nəzarət mexanizmi olmadan İranla sülh sazişi illüziyadır

15 Apr 2026 11:19 2 baxış
IMG

ABŞ və İran arasında mümkün sazişə Tehranın nüvə proqramının yoxlanılması üzrə ətraflı tədbirlər daxil edilməlidir.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi jurnalistlərə açıqlamasında deyib.

"İranın çox genişmiqyaslı və iddialı nüvə proqramı var, ona görə də AEBA müfəttişlərinin iştirakı tələb olunacaq. Əks halda münaqişə tərəflərində saziş olmayacaq, bu, yalnız saziş illüziyası olacaq", - Qrossi bildirib.

O əlavə edib ki, nüvə texnologiyaları sahəsində istənilən razılaşmalar "çox ətraflı yoxlama mexanizmlərini tələb edir".

AP qeyd edir ki, fevralda üzv ölkələr arasında yayılmış AEBA-nın məxfi hesabatına əsasən, İran 2025-ci ilin iyununda 12 günlük münaqişə zamanı İsrail və ABŞ tərəfindən zərbələrə məruz qalmış nüvə obyektlərinə agentliyin girişini təmin etməyib.

Xəbər lenti