Azərbaycanda 2026-cı ilin yanvar-mart aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 13-ü xarici ölkə vətəndaşı olmaqla 1044 nəfər məsuliyyətə cəlb olunub.
"Report" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Bildirilib ki, məsuliyyətə cəlb edilmiş 13 xarici ölkə vətəndaşından ümumilikdə 112 kq 789,853 qr və 17 ədəd müxtəlif növ narkotik vasitələr götürülüb.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 44 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 759 kq 474,815 qr narkotik vasitə çıxarılıb.