IMG-LOGO

Bred Kuper: ABŞ İrandan bütün iqtisadi tədarükləri dayandırıb

15 Apr 2026 09:47 3 baxış
IMG

ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper İranın limanlarının və sahilyanı ərazilərinin genişmiqyaslı blokadası sayəsində əslində onun dəniz ticarətini kəsdiklərini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə komandanlığın "X"dəki rəsmi məlumatında deyilir.

"İran limanlarının blokadası tam həyata keçirilib, ABŞ isə Yaxın Şərqdə dəniz üstünlüyünü qoruyub saxlayır", - Kuperin bəyanatında deyilir.

Onun sözlərinə görə, İran iqtisadiyyatının təxminən 90%-i beynəlxalq dəniz ticarətinə bağlıdır. "Blokadanın tətbiqindən 36 saatdan az müddət keçdikdən sonra ABŞ qüvvələri dəniz yolu ilə İrana və İrandan iqtisadi tədarükləri tamamilə dayandırıb", - deyə o fikrini yekunlaşdırıb.

Xəbər lenti