IMG-LOGO

Aun: İsraillə danışıqlar Livan xalqının əzablarının sonu ola bilər

14 Apr 2026 20:59 3 baxış
IMG

Livan Prezidenti Jozef Aun ümid edir ki, Vaşinqtonda İsraillə keçirilən danışıqlar Livan xalqının əzablarının sonunun başlanğıcı ola bilər.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

O, həmçinin əlavə edib ki, əgər İsrail hücumları davam etdirərsə, cənubi Livana sabitlik qayıtmayacaq.

Qeyd edək ki, Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında danışıqlar başlayıb. Bu, 1993-cü ildən bəri ölkələr arasında ilk bu cür təmaslardır.

Xəbər lenti