IMG-LOGO

TƏBİB-in yeni rəhbəri Anar Bayramov kimdir? - sədr, nazir müavini...

14 Apr 2026 20:31 3 baxış
IMG
0 0

Xəbər verdiyimiz kimi, Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib.

Lent.az TƏBİB-in yeni rəhbəri Anar Bayramovun qısa bioqrafiyasını təqdim edir:

Anar Bayramov harada anadan olub?

Anar Bayramov 1975-ci ildə Bakı şəhərində anadan olub.

Anar Bayramov harada təhsil alıb?

Anar Bayramov Azərbaycan Tibb Universitetinin məzunudur və təhsil aldığı dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və təhsilini qırmızı diplomla, Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

Anar Bayramov hansı vəzifələrdə çalışıb?

1998-ci ildən “MediClub” klinikasında həkim işləyib, 2002-ci ildən “A-Group” Sığorta Şirkətində müxtəlif vəzifələrdə çalışıb, şirkətin İdarə Heyətinin sədri olub. 2021-ci ildən əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində işləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Anar Bayramov son təyinata qədər hansı vəzifəni tutub?

Anar Bayramov Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub.

Anar Bayramov TƏBİB Anar Bayramov kimdir?

Xəbər lenti