IMG-LOGO

Evlilik xərçəngə yoluxma riskini azaldır?

14 Apr 2026 19:20 3 baxış
IMG
0 0

Evlilik əsrlər boyu insan cəmiyyətinin mühüm hissəsi olub. Lakin bu gün getdikcə daha az insan ailə qurur. Yeni araşdırma göstərir ki, bu tendensiya sağlamlığa, o cümlədən onkoloji xəstəliklərin riskinə təsir edə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, heç vaxt evlənməmiş insanlarda xərçəngə tutulma riski ailə qurmuş və ya evli olmuş insanlarla müqayisədə xeyli yüksəkdir.

Kişilərdə bu göstərici 68, qadınlarda isə 83 faiz daha çoxdur.

Alimlər hesab edir ki, bu təsirin səbəbləri çoxşaxəlidir.

Qadınlar üçün:

• uşaq doğmamaq bəzi xərçəng növlərinin (məsələn, yumurtalıq və endometrium xərçəngi) riskini artırır 

• evlilik daha çox sosial dəstək və tibbi xidmətə çıxış təmin edir 

Bundan əlavə, evliliyin müsbət təsiri yaş artdıqca güclənir, bu da onun yığılan təsirə malik olduğunu göstərir.

Sosial amillərin rolu

Evlilər:

• daha az siqaret çəkir 

• alkoqoldan daha az sui-istifadə edir 

• daha təhlükəsiz həyat tərzi sürür 

Onlar həmçinin:

• profilaktik müayinələrdən daha tez-tez keçir 

• sağlamlıqlarına daha çox diqqət yetirirlər 

Ekspertlər nə deyir?

Mütəxəssislər xəbərdarlıq edir ki, bu əlaqəni sadələşdirmək düzgün deyil.

Onların fikrincə:

• üstünlüklər təkcə evliliklə deyil 

• ailəli insanlara verilən sosial imkanlarla (məsələn, tibbi sığorta) bağlı ola bilər   

evlilik cütlüklər

Xəbər lenti