IMG-LOGO

Üzünüzü güldürəcək 3 serial

14 Apr 2026 18:23 2 baxış
IMG
2 0

Həftəsonunuzun xoş əhval-ruhiyyə ilə keçməsi üçün düzgün seriallar seçmək vacibdir. 

Lent.az sizə saatlarla gülüş və xoş duyğular bəxş edəcək 3 serialı təqdim edir.

Veep

Siyasi iti yumor və böyüklər üçün komediya sevənlər HBO-nun Vaşinqtonun siyasi pərdəarxası həyatını heç bir bəzək-düzək olmadan göstərən satirik serialını bəyənəcəklər.

Selina Mayer (Culiya Lui-Dreyfus) - ABŞ-ın vitse-prezidenti olan keçmiş senatordur. O, bu vəzifənin ona hakimiyyətə tam çıxış verəcəyinə ümid edirdi, lakin dövlətdə ikinci adam olmaq məcburiyyətində qalır. Yəni mənasız mərasim işləri ilə məşğul olur, reputasiya qalmaqallarını yoluna qoyur və ölkə başçısı tərəfindən saymamazlıqla üzləşir.

Bu serialda siyasətçilər daim gülünclü vəziyyətlərə düşən, səhv edən və reytinqlərini nəyin bahasına olursa-olsun xilas etməyə çalışan adi insanlar kimi təqdim olunur. Serial kəskin və yaddaqalan ifadələrlə zəngindir; bəzilərini hətta həyatda istifadə etmək üçün qeyd etmək istəyəcəksiniz. Maraqlıdır ki, Culiya Lui-Dreyfus bu rola görə ardıcıl 6 "Emmi" mükafatı alıb - bu, serialı mütləq izləməli olduğunuzu bir daha sübut edən rekorddur.

Detroiters

"Detroyterlər" serialı Detroitdə yaşayan və Timin atasından miras qalan kiçik reklam agentliyini idarə edən iki ən yaxın dost - Sem və Tim haqqındadır. Onlar daim bərbərxanalar, mebel mağazaları və ya hüquqşünaslar üçün yaradıcı reklamlar hazırlayırlar. Rolikləri ucuz, qəribə, bəzən isə tamamilə gülünc görünür, lakin uşaqlar bura bütün ruhlarını qoyurlar. Onlar əmindirlər ki, Detroit onlarsız bu qədər uğurlu olmazdı.

Serial qəribə situasiyalar və çox gülməli zarafatlarla zəngindir. O, tamaşaçılara nə olursa-olsun dostlarını həmişə dəstəkləməyi öyrədir. Xoşbəxt sonluqlu epizodları, bir az uşaqcasına yumoru və qısa serialları sevənlər üçün ideal seçimdir, çünki cəmi 2 mövsümdən ibarətdir.

Unbreakable Kimmy Schmidt

Bu, "Netflix"in ən pozitiv və gülməli sitkomlarından biridir. Əfsanəvi “30 Rock”un müəllifi Tina Fey tərəfindən yaradılan bu şahəsər sizi depressiyadan uzaqlaşdıracaq.

Serialın mərkəzində - apokaliptik kultun tərkibində 15 il yeraltı bunkerdə qalan Kimmi Şmidt (Elli Kemper) dayanır. O və daha üç qadın dünyanın məhv edildiyinə və sağ qalan yeganə insanların onlar olduğuna inanırdılar. Polis tərəfindən azad edildikdən sonra Kimmi hər kəsin ona yazığı gəldiyi doğma şəhərinə qayıtmamaq, Nyu-Yorkda yeni həyata başlamaq qərarına gəlir.

Serial istənilən vəziyyətdə optimist qalmağın vacibliyini vurğulayır. Baş qəhrəmanın uşaqcasına sadəlövhlüyü ilə müasir Nyu-Yorkun sərt reallığının birləşməsi çoxlu komik vəziyyətlər yaradır.

Burada müasir cəmiyyətin problemləri - selfi kultundan tutmuş sosial ədalətsizliyə və uşaqlıq travmalarına qədər bir çox mövzuya da toxunulur.

film serial mədəniyyət

Xəbər lenti