Bu ilin yanvar-mart aylarında Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 303,4 milyon manat gəlir əldə edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 % çoxdur.
Təkcə martda isə adıçəkilən xidmətlərdən 98,1 milyon manat gəlir əldə olunub ki, bu da 1 il əvvələ nisbətən 7,1 % çoxdur.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda mobil telefon rabitəsi xidmətlərindən 1 milyard 291 milyon manat gəlir əldə edilib. Bu, 2024-cü illə müqayisədə 4,5 % çoxdur.