Prezident İlham Əliyevin 19 mart 2026-cı il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə birləşmiş İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi kreditorlarına müraciət edib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar tələblərini iki ay ərzində Bakı şəhəri, Səbail rayonu, Lev Tolstoy küçəsi, 170 ünvanına bildirə bilərlər.