IMG-LOGO

Yeni “Samsung” telefonu – Üstünlükləri çox olacaq

11.03.2024 15:55 99 baxış
IMG

“Samsung Galaxy S24 FE” smartfonu haqqında ilk məlumatlar internetdə yayılmağa başlayıb. 

Lent.az xəbər verir ki, bu Koreya markasının kataloqunda xüsusi bir model olacaq. 

Bildirilir ki, cihaz 6,1 düymlük AMOLED displey, 12 GB LPDDR5x RAM və iki növ yaddaşla gələcək: 128 GB (UFS 3.1) və 256 GB (UFS 4.0). Batareya isə 25 Vt gücündə olan şarj dəstəyinə malikdir. 

Bazardan asılı olaraq “Exynos 2200” çipset və Snapdragon 8 Gen 1 ilə təqdim edilən sələfindən fərqli olaraq, “Galaxy S24 FE” yalnız “Samsung”un mülkiyyət çipinə əsaslanacaq. Əsas xüsusiyyətlərdən biri də flaqman xəttinə bənzər 7 illik əsas yeniləmələr və təhlükəsizlik yamaları olacaq. Amma çox güman ki, başqa dəyişikliklər də gözlənilir.

Smartfon yazın sonunda nümayiş etdiriləcək. Xatırladaq ki, onun əvvəlki “Galaxy S23 FE” avqust ayında təqdim edilmişdi. Cihaz dizayn və avadanlıqları ən yaxşı “Galaxy” modellərindən alıb. Amma qiyməti olduqca münasibdir. 

 

Xəbər lenti