IMG-LOGO

“NNS KLİNİKA” BAĞLANDI - YOXLAMALAR

14 Apr 2026 15:52 3 baxış
IMG
1 0

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı və 17-ci maddələrinə müvafiq olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 41 ünvanda yerləşən “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar (növbədənkənar) yoxlama keçirilib.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti və qeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək, inzibati xətalar məcəlləsin 210.1 və 221.1 maddələri ilə inzibati  xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə növbəti icraata göndərilib.

Əlavə olaraq “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsinin cari fəaliyyətinin dayandırılması üzrə hüquq mühafizə orqanları qarşısında vəsatətin qaldırılması məqsədi ilə təqdimat təqdim edilib.

Hadisələr “NNS KLİNİKA”

Xəbər lenti