IMG-LOGO

Tiktoker "Beniz"in məhkəməsində HAKİMƏ ETİRAZ

14 Apr 2026 16:16 5 baxış
IMG
0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, zərərçəkən X.Kazımov məhkəmə prosesinə sədrlik edən hakim Fəxri Məmmədova etiraz etməsi barədə məhkəməyə müraciət ünvanlayıb.

Məhkəmə qısa müşavirədən sonra müraciətin əsassız olması səbəbindən təmin olmadığını elan edib.

Daha sonra sənədlərin tədqiqi mərhələsinə keçildiyi bildirilib.

Sənədlərdə zərərçəkənlə təqsirləndirilənin üzləşdirilməsi məqamı qeyd olunanda təqsirləndirilən Aybəniz Xəlilova üzləşdirilmənin olmadığını bildirib.

Təqsirləndirilən A.Xəlilova sənəddə qeyd olunan başqa bir neçə məqamla da razılaşmadığını bildirib.

Növbəti proses 28 aprel saat 16:00-a təyin olunub.

Xatırladaq ki, X.Kərimov adlı şəxs A.Xəlilova barəsində Suraxanı Rayon Polis İdarəsinə şikayət edib.

Şikayətçi ərizəsində göstərib ki, A.Xəlilova ondan hissə-hissə olmaqla, 836 min manat pul tələb edib.

Tiktoker barəsində cinayət işi başlanıb. A.Xəlilovaya qarşı Cinayət Məcəlləsinin 182.3.2 və 211.3-cü maddələri üzrə ittiham irəli sürülüb.

tiktoker beniz məhkəmə xəbərləri

Xəbər lenti