IMG-LOGO

Rusiya Ukraynanın iki vilayətinə zərbələr endirib: ölən və yaralananlar var

14 Apr 2026 14:55 3 baxış
IMG

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Dnepropetrovsk və Xerson vilayətlərinə zərbələr endirib, nəticədə 4 nəfər ölüb, 31 nəfər yaralanıb.

"Report" Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyalarının rəhbərləri bildiriblər.

Onların məlumatına görə, Xerson vilayətində 4 nəfər ölüb, 16 nəfər, o cümlədən iki tibb işçisi yaralanıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja 15 nəfərin yaralandığını diqqətə çatdırıb.

Onun sözlərinə görə, yaralananların hamısı xəstəxanaya yerləşdirilib: 9 nəfər ağır, qalanları isə orta ağır vəziyyətdədir.

Xəbər lenti