IMG-LOGO

DSMF ötən ay 30 mindən çox vətəndaşı qəbul edib

14 Apr 2026 10:32 46 baxış
IMG

Bu ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 30 805 vətəndaşı qəbul edib və onların müraciətlərini cavablandırıb.

"Report" bu barədə DSMF-yə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşların 65 nəfərini Fondun Aparatının rəhbər şəxsləri şəxsən qəbul edib, 1 202 nəfər Fondun Aparatının Qəbul Mərkəzində, 1 489 nəfəri mərkəzi, 28 049 nəfəri isə regional filiallarda qəbul edilib.

Mənbə: report.az

Xəbər lenti