IMG-LOGO

Mətbəx dəsmalında gizlənən bakteriyalar - onu düzgün yumağın yolları

13 Apr 2026 15:01 3 baxış
IMG
0 0

Təsəvvür edin: siz axşam yeməyi üçün çiy ət doğradınız. Ola bilər ki, əllərinizi tez silmək və ya tökülmüş sousu qurulamaq üçün dəsmaldan istifadə etdiniz. Əlbəttə, bundan sonra onu yumaq lazımdır. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, çox çirklənmiş dəsmallar üçün, xüsusilə çiy ət və ya yumurta ilə təmasdan sonra, isti su seçmək daha yaxşıdır. Bu, mikrobları öldürür və yuyucu vasitələrin daha effektiv işləməsinə kömək edir. Bunu Cənubi Florida Universitetinin ictimai sağlamlıq üzrə dosenti Jill Roberts izah edir. Əgər dəsmal yalnız quru əllər üçün istifadə olunubsa, ilıq su kifayətdir.

“Мüasir parçalar və yuyucu vasitələr isti sudan istifadə etmədən də yaxşı nəticə verir”, - House Love və Laundry Love kitablarının müəllifi Patrick Richardson əlavə edir.

“Mən həmişə mətbəx dəsmallarını ilıq suda, qısa proqramda yuyuram və isti sudan qaçıram, çünki bu halda parça daha uzun müddət möhkəm qalır".

Daha çox təhlükəsizlik istəyirsiniz? Ağardıcıdan istifadə edin. O, bakteriyaların demək olar ki, hamısını məhv edir, amma düzgün nisbət vacibdir.

“Bir çox insan çox ağardıcı, az su istifadə edir bu isə effekti azaldır”, - Roberts bildirir.

Əgər xlor tərkibli ağardıcı çox aqressivdirsə, oksigen əsaslı ağardıcı seçin. O, parça və rəng üçün daha yumşaqdır, amma yenə də qoxu və çirki effektiv təmizləyir.

“Mən həmişə mətbəx dəsmalları üçün oksigen əsaslı ağardıcıdan istifadə edirəm o təmizləyir və parçaya zərər vermir”, - Richardson izah edir.

Dəsmalları digər paltarlarla birlikdə yumaq məntiqli görünə bilər, amma mütəxəssislər bunu tövsiyə etmir.

“Paltarlarınız mətbəx dəsmallarından daha çirkli ola bilər. Onları birlikdə yumaq düzgün deyil ləkələr mikroblardan daha böyük risk yaradır”, - Roberts bildirir.

Mətbəx dəsmallarını hamam dəsmalları ilə birlikdə yumaq olar, çünki onların çirklənmə səviyyəsi oxşardır.

Yuma tezliyi onların istifadə məqsədindən asılıdır.

“Əl qurulamaq üçün istifadə olunan dəsmal? Bir neçə gündən bir. Yemək hazırlayarkən, ləkə silərkən və ya səthləri təmizləyərkən istifadə etdiyiniz dəsmallar? Hər istifadədən sonra”, - Richardson tövsiyə edir. Xüsusilə islanmış və ya çox çirklənmiş dəsmallar dərhal yuyulmalıdır.

 

Ev mətbəx dəsmalı bakteriyalar təmizlik

Xəbər lenti