IMG-LOGO

"Axios": Vasitəçi ölkələr ABŞ və İran arasında razılaşma üçün aprelin 21-dək həll yolu axtarır

13 Apr 2026 14:32 2 baxış
IMG

Misir, Pakistan və Türkiyədən olan vasitəçilər yaxın günlərdə ABŞ və İran arasında mövcud fikir ayrılıqlarını aradan qaldırmaq və aprelin 21-də atəşkəs razılaşmasının müddəti bitənədək sülh sazişinə nail olmaq məqsədilə danışıqların yeni raundunu təşkil etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən bildirib.

"Bütün tərəflər hələ də razılaşmanı mümkün hesab edirlər. Vasitəçilər ümid edirlər ki, fikir ayrılıqlarının azaldılması aprelin 21-də atəşkəs razılaşmasının müddəti bitənədək danışıqların daha bir raundunun keçirilməsinə imkan verəcək", - məlumatda qeyd olunub.

Bununla yanaşı, tərəflərin dalana tam dirənmədikləri vurğulanıb.

"Hər iki tərəf danışıqlar aparır", - mənbə bildirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Lakin konkret razılıq əldə olunmayıb.

Xəbər lenti