IMG-LOGO

Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 9 %-dən çox artıb

13 Apr 2026 13:57 2 baxış
IMG

Bu ilin yanvar-mart aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 931,7 milyon manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 % çoxdur.

Təkcə martda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 323,1 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 20 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.

Xəbər lenti