IMG-LOGO

ABŞ İndoneziyanın hava məkanına hərbi təyyarələri üçün giriş əldə etmək istəyir

13 Apr 2026 12:25 2 baxış
IMG

ABŞ hərbi aviasiyasının İndoneziyanın hava məkanına mümkün girişinin təmin edilməsi barədə bu ölkə ilə danışıqlar aparır.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan əvvəl xarici media yazırıb ki, Vaşinqton öz təyyarələri üçün sutkaboyu girişin əldə olunmasında təkid edir, Prezident Prabovo Subianto isə guya artıq buna razılıq verib.

İndoneziyanın Müdafiə Nazirliyində vurğulanıb ki, məsələ müzakirə mərhələsində qalır, hər hansı bir razılaşma isə ölkənin suverenliyini ciddi şəkildə nəzərə almalı və onun qanunvericiliyinə uyğun olmalıdır.

Gözlənilir ki, ABŞ-nin müharibə naziri Pit Heqset bazar ertəsi indoneziyalı həmkarı Scafri Şamsuddinlə görüşündə bu mövzunu müzakirə edəcək.

Xəbər lenti