IMG-LOGO

Yannik Sinner ardıcıl dördüncü "Masters" turnirinin qalibi olmaqla tarixi rekordu təkrarlayıb

13 Apr 2026 11:57 5 baxış
IMG

Yannik Sinner ardıcıl dördüncü "Masters" turnirinin qalibi olmaqla ispaniyalı Rafael Nadal və serbiyalı Novak Cokoviçin nailiyyətini təkrarlayıb.

"Report"un xarici mediaya istinadən məlumatına görə, tennisçi Monte-Karloda keçirilən yarışın həlledici matçında ispaniyalı Karlos Alkarasa 7:6 (7:5), 6:3 hesabı ilə qalib gəlib.

O, bu nəticədən sonra dünya reytinqində birinci pilləyə yüksəlib. Bu, onun 2022-ci ildə Xorvatiyanın Umaq şəhərindəki yarışdan sonra qrunt örtüyündə qazandığı ikinci tituldur.

Qeyd edək ki, Y.Sinner "Masters" seriyalı turnirlərdə ardıcıl 22-ci matçından qələbə ilə ayrılıb.

Xəbər lenti