IMG-LOGO

Saşa İliç: "Turan Tovuz"a qarşı ilk 15 dəqiqədə qorxaq futbol nümayiş etdirdik"

12 Apr 2026 20:18 2 baxış
IMG

"Sumqayıt" Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz"a qarşı matçın ilk 15 dəqiqəsində qorxaq oyun nümayiş etdirib.

"Report" xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Saşa İliç sözügedən qarşılaşmadan sonra baş tutan mətbuat konfransında deyib.

Mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı şərh edib:

"Turan Tovuz"la oyunlarımız hər zaman çətin keçir. Xüsusilə ilk 15 dəqiqədə qorxaq futbol nümayiş etdirdik. Öz səhvlərimiz ucbatından qollar buraxdıq. Qarşıdakı matçlara baxacağıq. Premyer Liqadan düşməklə bağlı təhlükə görmürəm".

Xəbər lenti