"Sumqayıt"ın futbolçusu Nsana Simon zədələnib.
"Report"un Tovuza ezam olunan əməkdaşı xəbər verir ki, fransalı yarımmüdafiəçi Misli Premyer Liqasının XXVII turunda "Turan Tovuz"a qarşı keçirilən matçın 32-ci dəqiqəsində zədələnərək məcburi əvəzlənib.
Onun əvəzinə meydana Sedrik Badalo daxil olub.
Qeyd edək ki, sözügedən matç Tovuz təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə davam edir.