IMG-LOGO

Premyer Liqa: "İmişli" səfərdə "Qəbələ"ni məğlub edib

12 Apr 2026 17:23 4 baxış
IMG

Misli Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Qəbələ" "İmişli"ni qəbul edib.

Qəbələ şəhər stadionundakı qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. 45-ci dəqiqədə Dioqo Rollo fərqlənib.

Qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "İmişli" 9-cu pillədə qərarlaşıb. Meydan sahibləri 19 xalla 11-ci sıradadır.

Günün ikinci matçında "Sumqayıt" "Turan Tovuz"un qonağı olacaq.

Xatırladaq ki, turun əvvəlki matçlarında "Karvan-Yevlax" "Kəpəz"i (4:1), "Neftçi" "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Şamaxı" - "Qarabağ" (0:0) və "Sabah" - "Zirə" (2:2) qarşılaşmalarında qalib müəyyənləşməyib.

Xəbər lenti