IMG-LOGO

Premyer Liqa: "Qarabağ" çempionluq yolunda növbəti xal itkisi ilə üzləşib

11 Apr 2026 17:22 3 baxış
IMG

"Qarabağ" Misli Premyer Liqasının XXVII turunda xal itkisi ilə üzləşib.

"Report" xəbər verir ki, səfərdə "Şamaxı"nın qonağı olan Ağdam təmsilçisi rəqibinin müqavimətini qıra bilməyib - 0:0.

"Qarabağ" (56 xal) lider "Sabah"ın (65 xal) ardınca turnir cədvəlində ikinci pillədə qərarlaşıb. "Şamaxı" isə 32 xalla yeddincidir.

Qeyd edək ki, turun ilk görüşündə "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə məğlub edib.

Xəbər lenti