IMG-LOGO

Olise - Avropanın ən yaxşı 5 liqasında məhsuldar ötürmələrə görə liderdir

11 Apr 2026 13:46 3 baxış
IMG
4 0

Almaniya çempionu "Bavariya"nın qanad oyunçusu Maykl Olise Çempionlar Liqasının dörddəbir finalının "Real"a qarşı ilk oyununda məhsuldar ötürmə edib. Münhen komandası 2-1 hesabı ilə qalib gəlib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, fransalı futbolçu bütün yarışlarda mövsümdə 27-ci məhsuldar ötürməsini edərək Avropanın ən yaxşı 5 liqasında lider olub.

"Mançester Yunayted"in portuqaliyalı yarımmüdafiəçisi Bruno Fernandeş 17 məhsuldar ötürmə ilə ikinci, "Barselona"nın ispaniyalı yarımmüdafiəçisi Fermin Lopes isə 16 məhsuldar ötürmə ilə üçüncü yerdədir.

İdman xəbərləri

Xəbər lenti