IMG-LOGO

Azərbaycanın U-20 millisinin toplanışı səbəbindən Gənclər Liqasının oyunları təxirə salınıb

11 Apr 2026 10:49 2 baxış
IMG

AFFA-nın təşkil etdiyi Gənclər Liqasında II mərhələnin IV və V tur oyunları təxirə salınıb.

Bu barədə "Report"a assosiasiyanın mətbuat xidmətindən məlumat verilib.

Buna Azərbaycanın U-20 millisinin aprelin 13-26-sı aralığında Qəbələdə təlim-məşq toplanışı keçirməsi səbəb olub.

Aprelin 18-19 və 25-26-da keçirilməsi planlaşdırılan matçlar qeyri-müəyyən müddətə ertələnib.

Xəbər lenti