Bukmekerlər Avropa futbol çempionatlarının ən yaxşı beşliyinin favoritlərini müəyyən ediblər.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, mütəxəssislər “Arsenal”ın İngiltərə Premyer Liqasında (EPL) qalib gələcəyini proqnozlaşdırırlar. Bu hadisəyə 1.10 əmsalla mərc edə bilərsiniz.
İtaliya çempionatında "İnter"in qələbəsinin əmsalı 1.15, PSJ-nin Fransada 1.02, "Bavariya"nın Almaniyada 1.01 və "Barselona"nın İspaniyada 1.06 olaraq qiymətləndirilir.
Bundan əvvəl “Opta”nın superkompüteri İspaniyanı 2026-cı il Dünya çempionatını qazanmaq üçün favorit adlandırıb. Opta həmçinin digər iddialılar arasında İngiltərə, Argentina, Braziliya, Almaniya, Hollandiya, Norveç, Portuqaliya və Fransanı da qeyd edib.
İdman xəbərləri