IMG-LOGO

“Real”dan növbəti xal itkisi

11 Apr 2026 01:11 4 baxış
IMG
0 0

İspaniya La Liqasında XXXI tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə "Real" meydana çıxıb.

Komanda "Jirona" ilə qarşılaşıb. İlk hissədə hesab açılmayıb.

İkinci yarının startında Federiko Valverde fərqlənib. Lakin "kral klubu" qələbə hesabını qoruya bilməyib. Tomas Lemar komandasına bərabərlik gətirən qolu vurub - 1:1.

Qeyd edək ki, "Real" 70 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

real madrid

Xəbər lenti