İngiltərənin "Mançester Siti" klubu Portuqaliyanın "Sportinq" komandasının yarımmüdafiəçisi Morten Yulmann ilə maraqlanır.
"Report" xəbər verir ki, bu barədə "A Bola" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, 26 yaşlı Danimarka millisinin üzvü yay transfer dövründə 40-50 milyon avro qarşılığında satıla bilər.
Bildirilib ki, futbolçunun xidmətində həmçinin İngiltərənin "Mançester Yunayted" və İtaliyanın "Yuventus" kollektivləri də maraqlıdır.
Qeyd edək ki, Yulmann 2023-cü ilin yayından etibarən "Sportinq"də çıxış edir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 39 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.