Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) hakim İştvan Kovaçın "Barselona" və "Atletiko" (0-2) arasında oyuna görə Çempionlar Liqasının qalan hissəsindən kənarlaşdırılıb. Rumıniyalı hakim oyun zamanı bir neçə ciddi səhvə yol verib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bununla belə Kovaç 2026-cı il Dünya çempionatında hakimlik edəcək. Onun adı FİFA siyahısına daxil edilib.
Bundan əvvəl "Barselona" hakimlik və VAR ilə bağlı UEFA-ya rəsmi şikayət edib.
"Barselona" ilə "Atletiko" arasında cavab oyunu 14 apreldə Madriddə keçiriləcək.
İdman xəbərləri