IMG-LOGO

“Shokki Mokki” şəhid xanımların təbrik etdi

07.03.2024 12:59 119 baxış
IMG

Ölkəmizin ilk uşaq markası “Shokki Mokki” 8 Mart - Beynəlxalq qadınlar günü münasibəti ilə təşkil olunan tədbiri dəstəkləyib. Vətənimizin bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin xanımları və onların övladları üçün keçirilən tədbirin təşkilində yaxından iştirak etmiş adıçəkilən marka uşaqların maraqlı vaxt keçirməsi üçün animator dəvət edib, maraqlı müsabiqələr təşkil edib. Uşaqlara maraqlı hədiyyələrin təqdim edildiyi tədbirdə müxtəlif məşhur müğənnilər də iştirak ediblər.

Qeyd edək ki, “Shokki Mokki”  “Xoşbəxt böyüyən sabahlar” şüarına sadiq qalaraq paytaxt və bölgələrdə yaşayan uşaqların uğurlu gələcəyi üçün müxtəlif layihələr həyata keçiri. Milli marka tərəfindən reallaşdırılan “Məktəbim” layihəsi çərçivəsində yüzlərlə uşaq məktəbəqədər təhsillə təmin edilir. UAFA təşkilatı birgə həyata keçirilən bu layihə ölkəmizin ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən biridir.