IMG-LOGO

Çempionlar Liqası: Fabian Ruis və Barkola PSJ-nin heyətinə daxil edilməyib

08 Apr 2026 18:21 3 baxış
IMG

Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərənin "Liverpul" komandasına qarşı keçirəcəyi ilk matç üçün iştirak ərizəsini açıqlayıb.

"Report" xəbər verir ki, Paris təmsilçisinin heyətində ispaniyalı yarımmüdafiəçi Fabian Ruis və fransalı hücumçu Bredli Barkola yer almayıb.

Hər iki futbolçu zədə səbəbindən qarşılaşmanı buraxacaq. Ruis 2025/2026 mövsümündə 24 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Barkola isə 38 matçda 12 dəfə fərqlənib, 6 məhsuldar ötürmə verib.

Qeyd edək ki, sözügedən matç bu axşam, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər lenti