IMG-LOGO

Xaçmazda FACİƏ: epilepsiya xəstəsi kanalda boğuldu

08 Apr 2026 10:44 4 baxış
IMG
2 0

Xaçmazda faciəli hadisə baş verib. 

Lent.az xəbər verir ki, hadisə rayonun Sibiroba kəndində qeydə alınıb. 

Kənd sakini, 1989-cu il təvəllüdlü Rəşad Şixəmməd oğlu Məmmədov kəndin ərazisindən keçən kanala yıxılaraq boğulub. 

Onun epilepsiya xəstəsi olduğu bildirilir. 

R.Məmmədovun meyiti sudan çıxarılmışdır.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Hadisələr

Xəbər lenti