IMG-LOGO

Şirvanda bir ailədən 5 qadın pizzadan zəhərləndi - YENİLƏNİB

08 Apr 2026 10:54 4 baxış
IMG
2 0

Şirvanda pizzadan zəhərlənənlərin son durumu açıqlanıb. 

Şirvan Şəhər Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, dünən saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.

Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

***

saat 10:07

Şirvanda qidadan kütləvi zəhərlənmə olub.

Lent.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında şəhər ərazisində fəaliyyət göstərən "Pizza Time" restoranında baş verib.

Burada müştəri qismində gələn 6 nəfər yedikləri göbələkli pizzadan zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya aparılıb.

Faktla bağlı şəhər prokurorluğu araşdırma aparır.

Hadisələr restoranda zəhərlənmə göbələkdən zəhərlənmə

Xəbər lenti