Bu gecə saat 2 radələrində Mingəçevir şəhəri İslamzadə küçəsində “VAZ-2107” markalı avtomobil idarəetməni itirərək restoranın divarına çırpılıb.
Lent.az xəbər verir ki, nəticədə sürücü, 29 yaşlı Qurban İsmayılov, eləcə də sərnişinləri, 20 yaşlı Ruslan Əhmədov və 23 yaşlı Kənan Məmmədov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevir qəza