IMG-LOGO

Çimərlik futbolu üzrə Azərbaycan millisi növbəti dəfə Moldovanı məğlub edib

07 Apr 2026 21:33 6 baxış
IMG

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası ikinci yoldaşlıq oyununa çıxıb.

"Report" xəbər verir ki, yığma Alanya Bələdiyəspor çimərlik stadionunda növbəti dəfə Moldova seçməsi ilə qarşılaşıb.

Görüş komandamızın 7:3 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində Ramil Əliyev və Sabir Allahquliyev hərəyə 2, Kamran Qürbətov, Elçin Qasımov və Sahib Məmmədov isə 1 qol vurublar.

Qeyd edək ki, komandalar arasında keçirilən ilk yoldaşlıq oyununda da Azərbaycan qələbə qazanıb - 8:5.

Xəbər lenti