IMG-LOGO

Kurban Berdıyev: "İmişli" ilə oyunda çox vacib xallar itirdik"

07 Apr 2026 17:24 5 baxış
IMG

"Turan Tovuz" "İmişli" ilə oyunda vacib xallar itirb.

"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında bildirib.

Mütəxəssis Misli Premyer Liqasının XXVI turunda "İmişli" ilə bərabərə qaldıqları matçla bağlı fikirlərini bölüşüb:

"Birinci hissədə çox pis oynadıq. Birinci hissənin son dəqiqələrində, demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə fəallığı bir qədər artırdıq. Amma ikinci qolu vurmaq üçün bəzi şeylər çatmadı. Təəssüflər olsun ki, çox vacib xallar itirdik".

Xatırladaq ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda gerçəkləşən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Xəbər lenti