IMG-LOGO

30-dan çox taksi sürücüsünə buraxılış kartı üçün saxta sənəd verildi: cinayət işi AÇILDI

07 Apr 2026 16:43 5 baxış
IMG
1 0

Bakıda taksi parkının mühasibi buraxılış kartı almaq istəyənlərə saxta sənəd verib.

Lent.az-ın məlumatına görə, 26 yaşlı Bahadur Məmmədov (ad və soyad şərtidir) rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir.

İttiham aktına görə, o, taksi parkların birində işləyən 34 sürücü üçün narkoloji müayinədən keçdikləri barədə saxta sənəd hazırlayıb və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin portalında qeydiyyatdan keçirib. Bunun üçün o, həmin sürücülərin hər birindən 150 manat pul alıb.

Həmin sənədlərin saxta olduğu AYNA-nın Sərnişindaşımalar Departamentinin müvafiq şöbəsinin əməkdaşları tərəfindən üzə çıxarılıb. Bundan sonra Bahadur Məmmədov barəsində cinayət işi açılıb.

Bahadurun saxta sənədlə qeydiyyatdan keçirdiyi taksi sürücüləri ifadələrində bildirib ki, sonradan onların hesabları bloklanıb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində 4300 manat cərimə cəzası təyin edilib və ona 1 il müddətinə taksi fəaliyyətində sənəd hazırlamaq qadağan edilib.

Hadisələr taksi buraxılış kartı saxta sənədlər narkoloji müayinə AYNA

Xəbər lenti