IMG-LOGO

"Turan Tovuz" "İmişli" ilə oyunda xal itirib

07 Apr 2026 16:56 4 baxış
IMG

Misli Premyer Liqasının XXVI turunda "Turan Tovuz" səfərdə "İmişli" ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı ev sahiblərindən 45-ci dəqiqədə Dioqo Kardozu açıb. Qərb təmsilçisinə 1 xal gətirən qolu isə 53-cü dəqiqədə Mark Rene Mampassi vurub.

Bu nəticədən sonra "Turan Tovuz" 49 xalla turnir cədvəlində 3-cü sırada yer alıb. 23 xala malik "İmişli" isə doqquzuncudur.

Qeyd edək ki, daha əvvəl "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Qarabağ" "Karvan-Yevlax"ı (7:0) məğlub edib.

Xəbər lenti