IMG-LOGO

Xırdalanda binadan yıxılıb ölən qız tələbə imiş - YENİLƏNİB

07 Apr 2026 14:21 3 baxış
IMG
3 0

Xırdalanda binadan yıxılaraq ölən 19 yaşlı Esmira İsayeva tələbə imiş.

Lent.az xəbər verir ki,  o, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika müəllimliyi ixtisasının I kurs tələbəsi olub.

***

saat 11:08

Abşeronda gənc qız binadan yıxılaraq ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Xırdalan şəhəri “AAAF Park” yaşayış sahəsində qeydə alınıb.

19 yaşlı Esmira Elxan qızı İsayeva yaşadığı 12 mərtəbəli binanın eyvanından yıxılıb. Gənc qız aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Araşdırma aparılır.

Hadisələr “AAAF Park”

Xəbər lenti