IMG-LOGO

Dani Olmo "Arsenal"in təklifindən imtina edib

07 Apr 2026 10:03 6 baxış
IMG

İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Dani Olmonu heyətinə qatmaq istəyir.

"Report"un "Fichajes"ə istinadən verdiyi məlumata görə, "topçular" yayda 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.

London klubu bunun üçün oyunçunu razı salmağa çalışır. "Arsenal" Olmo üçün qarşı tərəfə rəsmi təklif göndərməyə də hazır olub. Lakin İspaniya millisinin üzvü Kataloniya təmsilçisindən ayrılmaq istəmədiyini bildirib. Buna baxmayaraq, ingilislərin ona marağı qalmaqdadır. Klub skautları vəziyyəti izləməyə davam edəcəklər.

Xatırladaq ki, Dani Olmonun "Barselona" ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir. O, cari mövsüm bütün turnirlərdə 39 oyuna 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti