IMG-LOGO

Xəzər dənizində zəlzələ olub

07 Apr 2026 06:31 3 baxış
IMG

Yerli vaxtla saat 05:55-də Xəzər dənizində 4,3 maqnitudalı zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Məlumata görə, zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, aprelin 4-də də Xəzərdə 3,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Xəbər lenti