IMG-LOGO

"Crocus"dakı terrora görə ömürlük həbs edilənlərdən biri özünü öldürdü

06 Apr 2026 17:22 6 baxış
IMG
0 0

"Crocus" terrorunda ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilən Yusufzoda Yakubcon intihar edib.

Lent.az Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiya Federal Penitensiar Xidmətin Moskva üzrə Baş İdarəsindən məlumat verilib.

37 yaşlı Yusufzoda Yakubcon "Matrosskaya Tişina" istintaq təcridxanasında intihar edib. Bir neçə saat ərzində reanimasiya tədbirləri görülüb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Martın 12-də məhkəmə "Crocus"a terror hücumu işi üzrə təqsirləndirilən şəxslərə hökm oxuyub. 19 təqsirləndirilən şəxsdən 15-i ömürlük həbs cəzasına məhkum edilib. Qalanları isə 19 il 11 aydan 22 il 10 aya qədər həbs cəzasına məhkum ediliblər. Əksəriyyəti qismən, beş təqsirləndirilən şəxs isə özünü günahkar hesab etməyib.

Hadisələr

Xəbər lenti