IMG-LOGO

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının vəzifəli şəxsinin məhkəməsi başlayıb

06 Apr 2026 16:58 5 baxış
IMG

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının maddi texniki təminat bölməsinin rəisi polkovnik Azər Paşayev barəsində açılan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama münasibət bildirən Azər Paşayev özünü təqsirli bilib.

Məhkəmə prosesi aprelin 15-də davam edəcək.

Qeyd edək ki, Azər Paşayev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsi ilə ittiham olunur.

Onun barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Xəbər lenti