IMG-LOGO

“Hərrac dələduzluğu”nda təqsirləndirilən şəxslərə HÖKM OXUNDU

06 Apr 2026 16:27 3 baxış
IMG
0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə  Bakıda 65 min manatlıq dələduzluqda təqsirləndirilən Ceyhun Hüseynov və Lalə Həsənovanın  məhkəmə prosesində hökm oxunub.

Lent.az xəbər verir ki, məhkəmə Lalə Həsənovanın 6 il, Ceyhun Hüseynovun 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı Lalə Həsənovanın 7 il,  Ceyhun Hüseynovun 8 il, 6 ay  müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Xatırladaq ki, ittihama görə, təqsirləndirilən şəxs Ceyhun Hüseynov tanışına 2020-ci ildə avtomobil alqı-satqısı ilə məşğul olduğunu, “Muğan Bank”da işləyən Ruslan adlı dostu vasitəsilə həmin bankın balansında olan hərraca çıxarılacaq avtomobillərlə bağlı biznes quracağını vəd verib.

O, həmin bankda depozit hesabında külli miqdarda pul olduğu halda qabaqcadan ucuz qiymətə avtomobil alacağına, yenidən satışa çıxarıb gəlir əldə edəcəyinə inandırıb. Bu məqsədlə ondan 65 min manat alıb. Hər avtomobilə görə, 1000 manat qazanc verəcəyinə dair yalan vəd verib.

Lakin Ceyhun Hüseynovun vəkili iddia edib ki, təqsirləndirilən şəxsin tanışı olan Lalə Həsənova adlı qadın bir neçə şəxsdən pul götürərək qaytarmayıb və həmin şəxslərə pulu C.Hüseynova verməsini bildirib. Məlahət Məmmədova onun şikayət etməsini bildikdən sonra, bu fürsətdən yararlanaraq özü də Ceyhundan şikayət edib. İstintaq zamanı müəyyən olunub ki, Ceyhun Hüseynov Lalə Həsənova adlı qadının pul aldığı şəxsləri tanımır, həmin şəxslər də Ceyhunu tanımır, həmin şəxslər pulu Lalə Həsənovaya veriblər.

Ceyhun Hüseynov və Həsənova Lalə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilib.

Hadisələr

Xəbər lenti