IMG-LOGO

Daşkəsəndə itkin düşən kişinin meşədə meyiti tapıldı - YENİLƏNİB

06 Apr 2026 13:05 3 baxış
IMG
5 0

Daşkəsəndə qayalıq ərazidən meyiti tapılan şəxsin kimliyi bilinib.

Lent.az xəbər verir ki, həmin şəxsin Daşkəsən şəhər sakini 74 yaşlı Əli Kərimov olduğu üzə çıxıb.

Məlumata görə, Ə. Kərimov aprelin 4-də itkin düşüb. Onun üzərində zorakılıq əlamətləri olmayan meyiti şəhərin ərazisindəki meşəlik sahədə tapılıb.

Araşdırma aparılır.

*** 10:38

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonunda qayalıq ərazidə aşkar edilən 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Lent.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Hadisələr

Xəbər lenti