IMG-LOGO

Daşkəsəndə qayalıqdan meyit tapıldı

06 Apr 2026 10:38 4 baxış
IMG
1 0

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Daşkəsən rayonunda qayalıq ərazidə aşkar edilən 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

FHN-dən Lent.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti qayalıq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Hadisələr

Xəbər lenti