IMG-LOGO

Kürdəxanıda avtomobil piyadanı vuraraq öldürüb

06 Apr 2026 09:15 3 baxış
IMG

Bakının Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Hacıağa Ələkbərov idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə piyada Lütfi Kərimovu vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi başlanıb.

Xəbər lenti